Ana Sayfa > Manşet / Gündəm > Prezident Təşkilat Komitəsi yaratdı -
Prezident Təşkilat Komitəsi yaratdı -Dünən, 15:33. Yazar: sevinc1 |
![]() İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. aia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Samir Şərifov - Baş nazirin müavini Təşkilat Komitəsi sədrinin müavini Mikayıl Cabbarov - iqtisadiyyat naziri Təşkilat Komitəsinin üzvləri: Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri Sahil Babayev - Azərbaycan Respublikasının maliyyə naziri Adil Kərimli - Azərbaycan Respublikasının mədəniyyət naziri Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Taleh Kazımov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görəcək. Geri dön |