Ana Sayfa > Ölkə > Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı


Dünən, 11:37. Yazar: sevinc1
Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Sentyabrın 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 qumbara və 6 tüfəng aşkar edərək götürüblər.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

aia.az
Geri dön