Ana Sayfa > Özəl > Gülər Sultanzadə: "Azərbaycan bu gün özünün beynəlxalq əlaqələrini sürətlə genişləndirir"
Gülər Sultanzadə: "Azərbaycan bu gün özünün beynəlxalq əlaqələrini sürətlə genişləndirir"Bu gün, 10:24. Yazar: azer |
![]() “Artıq üçüncü dəfədir ki, cənab Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantılarına dəvət olunur. Bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada keçirilən ŞƏT-in Zirvə toplantılarında da dövlətimizin başçısı iştirak edib. O cümlədən sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşə də Azərbaycan Prezidenti təşkilata hal-hazırda sədrlik edən Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvətilə qatılıb.” Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Gülər Sultanzadə Azərbaycanın ŞƏT-ə üzv olan bir çox ölkələrlə və xüsusilə də Çin Xalq Respublikası ilə perspektivli tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edib: “Azərbaycan bu gün özünün beynəlxalq əlaqələrini sürətlə genişləndirir. Ölkəmizin durmadan artan beynəlxalq nüfuzu, eləcə də unikal coğrafi mövqeyi və əlbəttə ki, özünü Cənubi Qafqazın yeganə lider dövləti kimi təsdiqləyə bilməsi dünyanın aparıcı güclərinin Azərbaycanla əməkdaşlığa marağını getdikcə artırır. O cümlədən Azərbaycanla Çin arasında hazırda səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Sammitdəki çıxışında cənab Prezident İlham Əiyevin qeyd etdiyi kimi, bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq əlaqələri keçən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində quruldu. Cari ilin ayında cənab Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfərinin gedişində isə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bununla da Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açılmış oldu. Qeyd edək ki, Azərbaycan Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə genişlənməkdə və möhkəmlənməkdədir.” Daha sonra G.Sultanzadə Azərbaycanın Cənubi Qafqazda Çinin etibarlı tərəfdaşı olduğunu diqqət mərkəzinə çəkərək, ölkəmizin beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə verən genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirdiyini vurğulayıb: “Öz çıxışında cənab Prezident İlham Əliyev belə bir vacib məqamı da qeyd etdi ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Bu, ölkəmizin Cənubi Qafqaz regionunda Çinin əsas tərəfdaşı olduğunu göstərən mühüm amillərdən biridir. Hazırda bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırılır. Məlumdur ki, Azərbaycan bu gün Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri olaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Artıq Orta Dəhlizin Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrut olduğu qlobal miqyasda qəbul edilib. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması isə, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarını daha da genişləndirəcək. Cənab Prezident İlham Əliyevin yaxın gələcəkdə Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcəyinə və bununla da sülhü və çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcəyinə dair ifadə etdiyi əminliyi də beynəlxalq ictimaiyyətə ünvanlanmış növbəti mühüm mesajdır.” Geri dön |