Ana Sayfa > Gündəm > Quba-Xınalıq yolu və Ağsu aşırımı açılıb

Quba-Xınalıq yolu və Ağsu aşırımı açılıb


17-02-2017, 16:04. Yazar: admin
Quba-Xınalıq yolu və Ağsu aşırımı açılıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib.

AİA.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, səhər saatlarında "Azəravtoyol" ASC-nin “16 №-li Yol İstismarı” MMC-nin əməkdaşları və canlı qüvvəsi yolun 150-ci kilometrliyinə - Ağsu dolaylarına cəlb edilib, yol qar və buzdan təmizlənib.

Anar Nəcəfli əlavə edib ki, Quba-Xınalıq yolunda Qar uçqunu baş vermiş əraziyə texnikalar cəlb olunaraq uçqunun fəsadları aradan qaldırılıb.

AİA.az
Geri dön