Ana Sayfa > Özəl > Bingöldə mikroavtobus xəndəyə aşıb: Çoxlu yaralı var
Bingöldə mikroavtobus xəndəyə aşıb: Çoxlu yaralı varDünən, 21:20. Yazar: sevinc1 |
![]() Bingölün Genç rayonunda açılan məsciddən qayıdan insanları daşıyan mikroavtobus xəndəyə aşıb. Qəza nəticəsində 7 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Qəza axşam saatlarında Gənc səmtindəki Sağgöze kəndi yaxınlığında baş verib. Mustafa G.-nin idarə etdiyi dövlət nömrə nişanı naməlum mikroavtobus Bulgurlu kəndindəki mezrada məscidin açılış mərasimindən qayıdan insanları apararkən idarəetməni itirərək arxa aşıb. Qəza nəticəsində mikroavtobusda olan 7 nəfər xəsarət alıb. Xəbər alındıqdan sonra hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Genç Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu, qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilir. aia.az Tərcümə şöbəsi Geri dön |