Ana Sayfa > Özəl > Bosniya və Herseqovinaya qarşı etirazlar başlayıb

Bosniya və Herseqovinaya qarşı etirazlar başlayıb


Dünən, 20:43. Yazar: sevinc1
Bosniya və Herseqovinaya qarşı etirazlar başlayıb

Amazon-un bulud hesablama xidmətləri göstərən törəmə şirkəti Amazon Web Services (AWS) rəsmisi Jeff Barr Bosniya və Herseqovinada qatıldığı proqram zamanı AWS-nin İsrail ordusu ilə əməkdaşlıq edərək Qəzzadakı soyqırımı dəstəklədiyi səbəbi ilə etiraz edilib.
AWS rəsmisi Barr Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bir oteldə keçirilən proqramda danışıb.

Bosniya və Herseqovinadan olan bir qrup Barrın çıxışını kəsərək onu Qəzzadakı soyqırımı dəstəkləməkdə ittiham edib. Əllərində Fələstin bayraqları tutan qrup “Azad Fələstin” şüarları səsləndirib.

“Qəzza Hərəkatı” adlı qrup da salonda “AWS soyqırıma sərmayə qoyur” yazılmış pankart açıb.

Qrup sosial media hesablarından açıqlama yayaraq, Bosniya və Herseqovinadan AWS ilə hər hansı əməkdaşlığı qəbul etmədiklərini ifadə edərək, İsrailə hər cür silah ixracına qadağa qoyulmasını tələb ediblər.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə qrupun təhlükəsizlik işçiləri tərəfindən zaldan çıxarıldığı əks olunub.

Bu arada İsrail ordusunun Qəzza və Fələstinlə bağlı məlumatları saxlamaq üçün Amazon bulud serverlərindən istifadə etdiyi üzə çıxıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön