Ana Sayfa > Siyasət > Səfir:

Səfir:


Dünən, 16:55. Yazar: sevinc1
Səfir:

Avqust ayında isti geyimlər, ayaqqabılar və məktəb ləvazimatları toplamışıq. Onlar Sumıda yerləşən Uşaqların Sosial-Psixoloji Reabilitasiyası Mərkəzinə göndəriləcək.

aia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “Facebook” hesabında bildirib.

O, toplanan əşyaların tezliklə Ukraynaya göndəriləcəyini qeyd edib.

“Toplanılanlardan həm də Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Sumı regionlarında Rusiyanın təcavüzünə görə yaşadığı yerləri tərk etmiş ailələrin uşaqlarına da pay çatacaq”, - səfir vurğulayıb.

aia.az
Geri dön