Ana Sayfa > Karusel / Dünya > Türkiyədə ALTAY tanklarının seriyalı istehsalına başlanılıb
Türkiyədə ALTAY tanklarının seriyalı istehsalına başlanılıbDünən, 15:34. Yazar: sevinc1 |
![]() Türkiyənin BMC müdafiə şirkətinin Ankaradakı zavodu yerli ALTAY tanklarının seriyalı istehsalına başlayıb. aia.az xəbər verir ki, zavod ALTAY-a inteqrasiyası planlaşdırılan Türkiyənin BATU güc qurğusunun təkmilləşdirilməsi işlərini də davam etdirir. BMC-nin baş direktoru Fuat Tosyalı jurnalistlərə müsahibəsində yerli tankların seriyalı istehsalını “Türkiyənin çoxəsrlik ümidinin təcəssümü” adlandırıb. ALTAY tanklarının Türkiyə Silahlı Qüvvələrinin zirehli qoşun hissələrinin onurğa sütununa çevriləcəyi gözlənilir. Ankaradakı HAB sənaye zonasındakı zavodda tankların tam yığılması sikli işə salınıb. “İlk seriyalı tanklar zavodun rəsmi açılış mərasimində konveyerdən çıxarılacaq”, - deyən Tosyalı, həmçinin türk tanklarının dost və müttəfiq dövlətlərə tədarükünü istisna etməyib. aia.az Geri dön |