Ana Sayfa > Manşet / Siyasət > Parlamentin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

Parlamentin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək


Dünən, 12:26. Yazar: sevinc1
Parlamentin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas keçiriləcək.

aia.az
Geri dön