Ana Sayfa > İdman > Messi daha bir rekorda şərik oldu

Messi daha bir rekorda şərik oldu


Dünən, 11:50. Yazar: sevinc1
Messi daha bir rekorda şərik oldu

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonasında keçirdiyi oyunların sayına görə rekorda şərik olub.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela komandasına qarşı matç (3:0) Messi üçün seçmə mərhələdə 72-ci olub.

38 yaşlı hücumçu bu göstəriciyə görə Ekvador millisinin sabiq müdafiəçisi İvan Urtadonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, ötən gecə baş tutan Argentina - Venesuela matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Messi bu görüşdə iki qol vurub.

aia.az
Geri dön