Ana Sayfa > Təhsil > Tibb Universitetinə yeni prorektor təyin olundu
Tibb Universitetinə yeni prorektor təyin olunduDünən, 11:32. Yazar: sevinc1 |
![]() Anar Əzəm oğlu Ağayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Bu barədə aia.az-a Tibb Universitetinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Anar Ağayev 2001-2004-cü illər ərzində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-2005-ci illərdə stajer assistent, 2005-2008-ci illər baş müəllim, 2008-2017-ci illər dekan müavini, 2017-2022-ci illər dekan, 2018-2025-ci illər professor vəzifəsində çalışıb. 2022-2023-cü illər TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri, 2023-2024-cü illər TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri, 2024-2025-ci illər TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri, 02.04.2025-ci ildən 03.09.2025-ci ilədək TƏBİB-in İcraçı direktorunun müşaviri olaraq çalışıb. aia.az Geri dön |