Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı5-09-2025, 10:12. Yazar: sevinc1 |
![]() Sentyabrın 4-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb. aia.az Geri dön |