Ana Sayfa > Siyasət > Parlament Xocalı ilə bağlı dünya dövlətlərinə müraciət edəcək

Parlament Xocalı ilə bağlı dünya dövlətlərinə müraciət edəcək


17-02-2017, 15:23. Yazar: admin
Parlament Xocalı ilə bağlı dünya dövlətlərinə müraciət edəcək

Azərbaycanın Milli Məclisi Xocalı Soyqırımının 25 illiyi ilə bağlı dünya dövlətlərinə müraciət edəcək.

Bu barədə AzVision.az-a Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Z.Əsgərov xatırladıb ki, Milli Məclis hər il Xocalı Soyqırımı ilə bağlı bəyanat qəbul edir: “Bu il də bu qərar qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik”.

Vitse-spiker bildirib ki, Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən terrordur və erməni vandalizminin göstəricisidir.
Geri dön