Ana Sayfa > Gündəm / Manşet > "Generalların Bakı görüşü Azərbaycana böyük nüfuz gətirəcək"

"Generalların Bakı görüşü Azərbaycana böyük nüfuz gətirəcək"


17-02-2017, 15:22. Yazar: admin
"Generalların Bakı görüşü Azərbaycana böyük nüfuz gətirəcək"

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimovun Bakıda görüşməsi Azərbaycan prezidenti İlham Əliyevin apardığı balanslı siyasətlə bağlıdır”.

AİA.az xəbər verir ki, bunu AzVision.az-a Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycanın Rusiya və ABŞ-la yaxşı münasibətləri var: “Bu münasibətlər konteksindən çıxış edəndə Bakının görüş yeri kimi seçilməsi təbiidir. Eyni zamanda Azərbaycan bir sıra regional və dünya əhəmiyyətli layihələrin müəllifidir. Bura “Bakı-Tbilisi-Qars” dəmir yolunun çəkilməsini, neft-qaz kəmərlərinin çəkilməsini aid etmək olar. Bu layihələrdə ABŞ Azərbaycana hər zaman dəstək olub. Bundan başqa Azərbaycan Cənubi Qafqazın ən güclü, stabil və sabit dövlətidir. Bu meyarlardan çıxış edən ABŞ və Rusiya belə bir görüşün Bakıda keçirilməsinə qərar veriblər”.

MM sədrinin müavini deyib ki, generalların Bakı görüşü Azərbaycana siyasi mənada çox böyük dvidentlər gətirəcək: “Bu Azərbaycanın nüfuzu ilə bağlı olan məsələdir. Bu görüş Azərbaycana siyasi mənada çox böyük dvidentlər gətirəcək. Bunu etiraf etmək lazımdır. ABŞ və Rusiya dünyanın böyük dövlətləridir. Baş qərargah rəislərinin paytaxtımızda görüşü rəsmi Bakının artan nüfuzundan xəbər verir və bizə əlavə nüfuz gətirəcək”.

Birinci vitse-spiker qeyd edib ki, qərargah rəislərinin Bakı görüşündə Cənubi Qafqazdakı problemlər də müzakirə predmeti olub.

AİA.az
Geri dön