Ana Sayfa > İdman > "Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib
"Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib3-09-2025, 17:18. Yazar: sevinc1 |
![]() UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Benfika" (Portuqaliya) - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib. aia.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib. Qeyd edək ki, "Qarabağ" Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının I turunda üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. aia.az Geri dön |