Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı


Bu gün, 10:28. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

aia.z
Geri dön