Ana Sayfa > Gündəm / Karusel > Azərbaycanda əsir və girovların sayı açıqlandı

Azərbaycanda əsir və girovların sayı açıqlandı


17-02-2017, 12:55. Yazar: admin
Azərbaycanda əsir və girovların sayı açıqlandı


Ən son məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3 868 itkin düşmüş, 1 437 nəfər isə əsir və girovluqdan azad olmuş şəxs qeydiyyata alınıb.

AzVision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Nailə Dadaşova deyib.

Komissiya əməkdaşı bildirib ki, itkin düşmüş şəxslərin 3123 nəfəri hərbçi, 745 nəfəri mülki şəxsdir. Onun sözlərinə görə, mülki şəxslərin 62 nəfəri uşaq, 262 nəfəri qadın, 302 nəfəri isə qocadır: “Əsir və girov götürülməsi barədə məlumat daxil olmuş 873 şəxsin isə 591 nəfəri hərbçi, 282 nəfəri mülki vətəndaşdır. Mülki vətəndaşların 29 nəfəri uşaq, 99 nəfəri qadın, 112 nəfəri qocadır".

N.Dadaşova bildirib ki, ötən dövr ərzində 1 437 nəfər əsir və girovluqdan azad olunub ki, onlardan 351-i hərbçilər, 1086 nəfəri isə mülki vətəndaşlardır.
Geri dön