Ana Sayfa > Manşet / Dünya > Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı


Dünən, 16:12. Yazar: sevinc1
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı

Rusiya və İran zaman keçdikcə Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarının əsassız olduğunu anlayacaqlar.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh təmin olunduqdan sonra bölgədə quru və dəmir yolları canlanacaq:

"Sərhəd qapıları açılacaq, ticarət başda olmaqla bir çox sahələrə müsbət dinamika müşahidə ediləcək. Biz də bu vəziyyətdən müsbət təsirlənəcəyik. Yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bölgə ölkələri bu prosesdən fayda götürəcəklər".

aia.az
Geri dön