Ana Sayfa > Özəl > Malayziyada Starbucks satışları keçən illə müqayisədə 36 faiz azalıb

Malayziyada Starbucks satışları keçən illə müqayisədə 36 faiz azalıb


Dünən, 15:33. Yazar: sevinc1
Malayziyada Starbucks satışları keçən illə müqayisədə 36 faiz azalıb
ABŞ-ın qəhvə şəbəkəsi Starbucks-ın Malayziyadakı satışları İsrailin Qəzzaya hücumlarına etirazlar və boykotlar səbəbindən keçən illə müqayisədə 36 faiz azalıb.
Malayziyada Starbucks brendini idarə edən Berjaya Food Berhad şirkəti rüblük maliyyə hesabatını açıqlayıb.

Hesabatda yer alan maliyyə hesabatlarına görə, şirkətin gəliri 2024-cü maliyyə ili ilə müqayisədə 36 faiz azalıb və iyun ayında başa çatan maliyyə ili üçün ümumi itkisi təxminən 69 milyon dollara çatıb.

Hesabatda Starbucks-ın gəlirlərindəki bu azalmanı "Yaxın Şərq münaqişəsi ilə əlaqədar bazar dinamikasına və müştərilərin xərcləmə vərdişlərinə təsir edən mənfi əhval-ruhiyyə" ilə əlaqələndirilib və şirkətin ölkədə "aktiv dəyərsizləşmə" prosesi ilə üzləşdiyi bildirilib.

İsrailin Qəzzaya hücumları səbəbiylə etirazlar və boykotlarla üzləşən şirkətlərdən biri olan Starbucks qlobal satışlarında ardıcıl altıncı rüblük azalma olduğunu açıqlayıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön