Ana Sayfa > Gündəm / Manşet > Ölkə yollarında vəziyyət necədir? - Açıqlama

Ölkə yollarında vəziyyət necədir? - Açıqlama


17-02-2017, 10:32. Yazar: admin
Ölkə yollarında vəziyyət necədir? - Açıqlama

"Dünəndən müşahidə edilən qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq, ölkə yollarında problem yoxdur"

Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Qurum rəsmisi qeyd edib ki, Bakının əsas magistral yollarında, o cümlədən paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkətində problem müşahidə olunmur.

"Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Bakı Dairəvi - 1 yolu, Bakıətrafı digər yollarda hər hansı problem müşahidə olunmur.Lakin bəzi ərazilərə, xüsusilə tunellərdən, enişli-yoxuşlu yollardan texnikamız gedə bilmir”.

ASC sözçüsü qeyd edib ki, əksər sürüclər hazırlıqlı olmadıqlarından və aşağı sürətlə hərəkət etdiklərindən yollarda tıxac yaranır: "Texnikamız həmin ərazilərə çata bilmir. Məcburiyyətdən oradakı işlər canlı qüvvəmiz tərəfindən aparılır. Hazırda əsas yolların heç birində problem yoxdur. Bundan başqa, balansımızda olan digər yollarda əməkdaşlarımız təmizləmə işləri həyata keçirilir. Aparılan işlərə 400-dək müxtəlif təyinatlı texnika, texnika girə bilməyən yerlərə isə ASC-nin əməkdaşları cəlb olunub".

AİA.az
Geri dön