Ana Sayfa > Karusel > Qarlı hava nə vaxtadək davam edəcək?

Qarlı hava nə vaxtadək davam edəcək?


17-02-2017, 10:30. Yazar: admin
Qarlı hava nə vaxtadək davam edəcək?







"Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək".

Aia.Az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O vurğulayıb ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir: "Hazırda həm bölgələrdə, həm də paytaxtda qar yağır. Belə hava şəraiti fevral ayının 18-dək davam edəcək".
G.Məmmədova qeyd edib ki, hazırda ölkə ərazisində arabir güclənən şimal küləyi əsir: "Küləyin axşama doğru mülayimləşəcəyi gözlənilir".
O qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib.

aia.az
Geri dön