Ana Sayfa > Manşet / Ölkə > Xırdalanda DOST Mərkəzində yanğın -
Xırdalanda DOST Mərkəzində yanğın -Dünən, 17:39. Yazar: sevinc1 |
![]() Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb. aia.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. ***16:46 Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb. aia.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub. aia.az Geri dön |