Ana Sayfa > Media > Barselona Olimpiadasının talismanı ölüb
Barselona Olimpiadasının talismanı ölüb17-02-2017, 10:23. Yazar: admin |
![]() 1992-ci il Barselonada keçirilən Olimpiya Oyunlarının talismanının şərəfinə adlandırılan Kobi ləqəbli panda ölüb. Adalet.az-ın məlumatına görə, panda 25 yaşında Çinin cənub-qərbində Çendu şəhərində heyvanxanada ölüb. Qeyd edək ki, insan yaşı ilə müqayisədə bu panda üçün 75 yaş deməkdir. Panda 1992-ci il iyulun 26-da doğulduğu üçün və həmin gün Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşdüyü üçün Beynəlxalq Olimpiya Komitəsinin həmin dövrdəki prezidenti Xuan Antonio Samarnç tərəfindən talisman adlandırılıb. Panda yanvarın 31-də komaya düşüb və bütün səylərə baxmayaraq, fevralın 2-də ölüb. AİA.az Geri dön |