Ana Sayfa > Aia TV > Astroloji proqnoz — 17 fevral
Astroloji proqnoz — 17 fevral17-02-2017, 10:21. Yazar: admin |
Qoç — münaqişələrdən yan qaçmayın. Problemlər yaranarsa, səbəbkarlar yaxın ətrafınızdakı insanlardır. Buğa — qarışıq, laübəli gündür. Nə isə itir, kimsə gecikir, əvvəl əldə edilmiş razılaşmalar pozulur. Yaşananlara sakit yanaşın, nikbin olun. Axşam saatlarında dincəlin. Əkizlər — tərəfdaş və müttəfiq arayın. Onları hətta bu günədək sizə bədxahlıq edən insanların arasında tapa bilərsiniz. Xərçəng — dəvət aldığınız tədbirə qatılın. Vaxtınızı xoş keçirməklə yanaşı, yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Yaradıcılıqda uğur, irəliləyiş mümkündür. Şir — təmir, evdə və ya ofisdə yenilənmə üçün uğurlu gündür. Həyat potensialı yüksəklir, yorğunluq riski yoxdur. Qız — önəmli və ciddi qərarlar qəbul etməli olacaqsınız. Narahat olmayın, çəkinməyin. Yaxın ətrafınızdakı insanlar üçün yardımçı, hətta lider olun. Tərəzi — çaşıb qalan, problemlərin təsirindən özünü itirən insana yardım edin. Çətin vəziyyətə düşənə kömək əlinizi uzadın. Əqrəb — enerjiniz çoxdur, məsuliyyətli davranın. Həyatınızda kiçik detallarla yanaşı, ciddi məqamı dəyişə bilərsiniz. İntuisiyanıza güvənin. Hissləriniz siz məhz can atdığınız yerə apara bilər. Oxatan — tələskən və hövsələsiz davranmayın. Uğurlu gündür, amma hövsələsizlik səhvlərə və yanlışlıqlara səbəb ola bilər. Oğlaq — bütün problemləri müstəqil, təkbaşına həll etməyə ehtiyac yoxdur. Yaxın ətrafınızda sizə yardım etməyə hazır insanlar var. Nüfuzlu insandan dəstək ala bilərsiniz. Dolça — yeni tanışlıq, romantik macəra istisna deyil. Ciddi münasibətlərin bünövrəsi qoyula bilər. Hədiyyə, sürpriz də mümkündür. Alış-verişdə məntiqli davranın. Balıqlar — yeni təəssüratlar, təcrübə və bilik axtarışına çıxın. Macərapərəst olmayın. Başladığınız hər işi uğurla başa vura bilərsiniz. aia.az Geri dön |