Ana Sayfa > Özəl > İsrail Nasser xəstəxanasına hücumda Həmas-ın müşahidə kamerasını hədəf alıb

İsrail Nasser xəstəxanasına hücumda Həmas-ın müşahidə kamerasını hədəf alıb


Dünən, 22:21. Yazar: sevinc1
İsrail Nasser xəstəxanasına hücumda Həmas-ın müşahidə kamerasını hədəf alıb

İsrail ordusu dünən Qəzza zolağında Nasser xəstəxanasına edilən hücumlarda HƏMAS-ın müşahidə kamerasının hədəf alındığını iddia edib.
İsrail ordusu Qəzza zolağında Nasser xəstəxanasına dünənki hücumlarla bağlı açıqlama yayıb. Açıqlamada, "İlkin araşdırmalar nəticəsində məlum olub ki, Xan Yunus bölgəsində fəaliyyət göstərən Golani Briqadası bölmələri, İsrail əsgərlərinin fəaliyyətlərini izləmək və onlara qarşı birbaşa hərəkət etmək üçün istifadə edilən Nasser Xəstəxanası bölgəsində HƏMAS tərəfindən yerləşdirilən kameranı aşkar edib". Açıqlamada sözügedən kameranın hücumlarda hədəf alındığı iddia edilib.
Hücumda ölən 20 nəfərdən 6-nın HƏMAS üzvü olduğu iddia edilən bəyanatda İsrail Baş Qərargah rəisi Eyal Zamirin də dinc insanlara vurduğu zərərdən kədərləndiyi ifadə edilib. Açıqlamada istintaqın davam etdiyi və əlavə araşdırmaların aparılacağı vurğulanıb.

İsrailin Nasser xəstəxanasına hücumu nəticəsində 5 jurnalist və 4 tibb işçisi olmaqla 20 nəfər həlak olub, 50-dən çox adam yaralanıb

aia.az
Tərcümə şöbəsi
Geri dön