Ana Sayfa > Ölkə > Araz Əhmədov Masallını kabinetdən deyil, xalqın arasından idarə edir

Araz Əhmədov Masallını kabinetdən deyil, xalqın arasından idarə edir


Bu gün, 13:34. Yazar: azer
Araz Əhmədov Masallını kabinetdən deyil, xalqın arasından idarə edir

Xalqın içində olan rəhbər

Masallı rayonunda son iki ildə sürətli inkişafın təməli qoyulub. Bu inkişafın mərkəzində isə Prezident İlham Əliyevin etimad göstərdiyi Masallı Rayon İcra Hakimiyyətinin başçısı, general-mayor Araz Əhmədov dayanır.

Jurnalist Mərhəmət Lələyev araşdırmasında yazır ki, Araz müəllim ənənəvi idarəçilik üslubundan fərqli olaraq kabinetdə oturmaqla kifayətlənmir.

“O, hər gün əhalinin arasında olur, kəndlərdə, qəsəbələrdə səyyar görüşlər keçirir, vətəndaşların təklif və problemlərini şəxsən dinləyir.”

Korrupsiyaya qarşı mübarizə və kadr islahatları

Araz Əhmədovun rəhbərliyə gəlməsindən sonra rayonda mühüm dəyişikliklər həyata keçirilib. İlk növbədə korrupsiya hallarının qarşısı alınıb, icra hakimiyyətində yoxlamalar aparılıb, məsuliyyətsiz şəxslər vəzifədən uzaqlaşdırılıb, peşəkar kadrlar işə gətirilib.


Şəhid ailələri, qazilər və aztəminatlılar diqqət mərkəzində

Rayonda şəhid ailələri və qazilərə xüsusi diqqət göstərilir. Onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqətdədir.
“Masallıda az təminatlı ailələr, sosial müdafiəyə ehtiyacı olan insanlar da hər zaman rəhbərliyin qayğısını hiss edirlər.”


Təhsil, səhiyyə, idman və kənd təsərrüfatı inkişaf edir

Masallıda təhsil, səhiyyə, mədəniyyət, idman və kənd təsərrüfatı sahəsində mühüm addımlar atılıb. Məktəblərin şəraiti yaxşılaşdırılıb, gənclərin elm və idmana marağı artırılıb. Rayon xəstəxanasında tibbi xidmət keyfiyyəti yüksəlib, kəndlərdə tibb məntəqələrinin fəaliyyəti gücləndirilib.

Fermerlərə dövlət dəstəyi verilib, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb.


Ziyalılar, din xadimləri, gənclər və mətbuatla sıx təmas

Rayon ziyalıları, din xadimləri, gənclər və mətbuat nümayəndələri də daim rəhbərlə sıx təmasdadır. Onların təklif və fikirləri nəzərə alınır, keçirilən tədbirlərdə iştirakı təmin olunur.

Sosial media və müasir idarəçilik

Ən diqqətçəkən məqamlardan biri isə Araz Əhmədovun müasir idarəçilik üslubudur.
“O, sosial medianı yaxından izləyir, ictimai rəydən xəbərdar olur, cəmiyyətdə səslənən hər bir məsələyə dərhal reaksiya verir.”

Jurnalistin qeydləri

Jurnalist Mərhəmət Lələyev yazır:
“Kiçik bir araşdırma apardım və gördüm ki, Araz Əhmədov haqqında deyiləcək tənqid yox, əksinə, tərif çoxdur. Onun gördüyü işlər Masallının simasını dəyişib. Sadəliyi, səmimiyyəti və xalqa bağlılığı ilə o, Masallıların sevimlisinə çevrilib.”


Yaxın günlərdə geniş reportaj

Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun son iki ildə rayonda gördüyü işlər, həmçinin Masallıdakı müsbət və mənfi hadisələr barədə geniş reportaj dərc olunacaq.

Cənubunsəsi – Mərhəmət Lələyev

Cənub Media Azxəbər Portali fəaliyyətə başlayır

Cənub bölgəsində media sahəsinə yeni nəfəs gəlir. Cənub Media Azxəbər Portalı yaxın günlərdə rəsmi olaraq fəaliyyətə başlayacaq. Portalın əsas məqsədi Cənub bölgəsində baş verən bütün prosesləri – sosial, siyasi, iqtisadi, ictimai, mədəni, təhsil, səhiyyə, idman və digər sahələrdəki yenilikləri izləyicilərə operativ və dolğun şəkildə çatdırmaqdır.

Yeni media orqanı bölgədə baş verən hadisələri obyektiv işıqlandırmaqla yanaşı, həm də cəmiyyətin problemlərinə diqqət çəkəcək, mövcud çatışmazlıqların aradan qaldırılmasına dəstək olacaq. Portalın rəhbərliyi bildirir ki, əsas hədəf jurnalistikanın prinsiplərinə sadiq qalmaq, ictimai maraqları qorumaq və bölgə insanının səsini ölkə ictimaiyyətinə çatdırmaqdır.

Cənub Media Azxəbər Portalı yaxın zamanda izləyicilərinin qarşısına müasir formatda, yenilənmiş üslubda çıxacaq və Cənub bölgəsində gedən bütün prosesləri izləyərək operativ və dəqiq informasiya təqdim edəcək.
Geri dön