Ana Sayfa > Manşet / Özəl / Qərbi Azərbaycan / Yazar2 > LAÇIN. QAYIDIŞ GÜNÜN MÜBARƏK!
LAÇIN. QAYIDIŞ GÜNÜN MÜBARƏK!Bu gün, 11:23. Yazar: sevinc1 |
![]() Nə gözəl müjdəylə dönürsən yenə, Cənnət Qarabağın sonası Laçın! Ağ tülə bürünüb,yaz havasında, Əlində toy-bayram hənası Laçın! Silinib illərin dərd qırışığı, Qonub gül üzünə günəş işığı. Sad elə ,sevindir Sarı Aşığı , Sənsən el-obanın anası , Laçın! Çal tar-kamanını,oxunsun "Şur"un, Yaysın Qızılboğaz zirvədən nurun. Qələbə bayrağı sancan qürurun, Dağılıb,sökülməz qalası , Laçın! Yetir Məhəbbətin ruhun dağlara, Qayıt sazlı-sözlü,ötən çağlara. İsti nəfəs verib buz ocaqlara, Sinəndi hər dərdə yanası ,Laçın! Düşmənin belini qırdı hünərin, Çoşub sevincindən,daşdı Həkərin. Zəfər nidasısan qalib əsgərin! Şanlı tariximin xanası , Laçın! ![]() Geri dön |