Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi : "Üçtərəfli enerji əməkdaşlığının perspektivlərinin genişlənməsi gözlənilir"
Adəm İsmayıl Bakuvi : "Üçtərəfli enerji əməkdaşlığının perspektivlərinin genişlənməsi gözlənilir"Bu gün, 12:46. Yazar: azer |
![]() “Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunları bu üç ölkə arasında çoxşaxəli və strateji əməkdaşlığın formalaşmaqda olduğunu göstərir. Mədəni-humanitar layihələr, nəqliyyat və enerji sahələrində böyük potensial, eyni zamanda yeni formatların qurulması və konkret yol xəritələrinin hazırlanması - bütün bunlar qarşılıqlı faydalı əlaqələrin dərinləşdirildiyinə işarədir. Bu sammit həm simbolik, həm də konkret nəticələr baxımından regional inteqrasiyaya böyük töhfə verə bilər”. Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib. Partiya sədri bildirib ki, bu üç tərəfli görüş xalqlarımız arasında mədəni və tarixi yaxınlıq, ortaq dəyərlər və strateji maraqlar əsasında üç dost və qardaş dövlətin əməkdaşlığında yeni bir səhifə açır: “Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Türkmənistan tərəfindən Füzuli şəhərinin abadlaşdırılmasına həsr olunmuş məscidin tikintisi təşəbbüsü yüksək qiymətləndirilib və artıq memarlıq eskizi hazırdır. Eyni zamanda, Füzuli ilə Türkmənistandakı Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələri yeni humanitar imkanlar yaradır. Həmçinin, Azərbaycan–Özbəkistan arasında 2024-cü ilin avqustunda imzalanmış Müttəfiqlik Müqaviləsi, Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin Füzulidə tikilməsi və Xankəndidəki tikiş fabrikinin fəaliyyəti humanitar imkanların göstəricisidir”. Politoloq qeyd edib ki, tərəflər arasında nəqliyyattranzit sahələri - Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolları, tranzitlogistika məsələləri əsas diqqət mərkəzində oldu. “Azərbaycan Prezidenti bəyanatda vurğuladı ki, üçtərəfli əməkdaşlıq formatının yaradılması və növbəti görüşə qədər konkret istiqamətlər üzrə təkliflərin hazırlanmasına dair tapşırıq verilib. Azərbaycan Türkmənistan arasında mövcud energetika əməkdaşlığı, və eyni zamanda SOCAR-ın Özbəkistanda neft yatağının işlənilməsi istiqamətində başladığı fəaliyyətlə üçtərəfli enerji əməkdaşlığının perspektivlərinin genişlənməsi gözlənilir”. Adəm İsmayıl Bakuvi sonda vurğuladı ki, həqiqətən də bu, tarixi bir gündür. “Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Çox sevindirici haldır ki, bu prosesdə yenə Azərbaycan əsas iştirakçılardan və söz sahiblərindən biridir. Geri dön |