Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda qarayaraya yoluxanların sayı artıb
Azərbaycanda qarayaraya yoluxanların sayı artıbBu gün, 12:21. Yazar: sevinc1 |
![]() Ötən il Azərbaycanda 22 nəfər qarayara (qaramaldan, xırdabuynuzlu heyvanlardan insana keçən zoonoz xəstəlik - red) yoluxub. aia.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2023-cü ildə bu göstərici 14 nəfər olub. Bununla yanaşı 2023-cü ildə tulyaremiyaya (dovşan və gəmiricilərdən - red) yoluxma faktı aşkarlanmasa da, 2024-cü ildə bir nəfər bu infeksiyaya yoluxub. Komitədən bildirilib ki, 2024-cü ildə bruselyoza (qaramal, qoyun və keçi, donuz, dəvələrdən - red) yoluxmada azalma müşahidə edilib. 2023-cü ildə bu xəstəliyə 277 yoluxma aşkarlanıbsa, ötən il bu göstərici 210 nəfərə enib. Bundan başqa askaridioza (çirkli su, yuyulmamış meyvə-tərəvəz və çirkli əldən -red) yoluxmada artım qeydə alınıb. 2023-cü ildə 16 min 253, 2024-cü ildə isə 16 min 800 nəfər askaridioza yoluxub. aia.az Geri dön |