Ana Sayfa > Ölkə / Karusel > Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək


Bu gün, 10:40. Yazar: sevinc1
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə 25-29 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

aia.az
Geri dön