Ana Sayfa > Ölkə > Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb


Dünən, 12:28. Yazar: sevinc1
Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

aia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış, şimşək çaxması və dolu düşmə ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 34-39°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.


Geri dön