Ana Sayfa > Ölkə > “Sədərək” ticarət mərkəzində YANĞIN

“Sədərək” ticarət mərkəzində YANĞIN


Bu gün, 12:21. Yazar: sevinc1
“Sədərək” ticarət mərkəzində YANĞIN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-i məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.


Geri dön