Ana Sayfa > Karusel > Şahin vəfat etdi - Yaxın qohumu təsdiqlədi - YENİLƏNİB
Şahin vəfat etdi - Yaxın qohumu təsdiqlədi - YENİLƏNİB16-02-2017, 20:40. Yazar: admin |
Bir müddətdir qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib. AİA.Az xəbər verir ki, bu barədə axşam.az-a rejissorun xalası oğlu Aqil Adiloğlu məlumat verib. O bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunacaq. Allah rəhmət eləsin! ---------- 14:53 "Şahin Zəkizadənin canı sağdır. Xəstə sadəcə ağır vəziyyətdədir, amma nəfəsi gedib-gəlir. Səbinə səhv başa düşüb. Sadəcə həkim deyib ki, sayılı saatlar qalıb". Bu xəbəri Şahin Zəkizadənin xalası oğlu big.az-a açıqlamasında bildirib: "Xəstəxanadayam, ölməyib!" Qeyd edək ki, az öncə Ş.Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə onun ölüm xəbərini təsdiqləmişdi. X X X "Təəssüf ki, düzdür. Bəli, Şahin rəhmətə getdi. 38 yaşında... Heyif Şahindən..." Hönkürtü ilə rejissor Şahin Zəkizadənin xanımı big.az-a bu acı xəbərdən danışdı. "Barı vidalaşa bildinmi?" sualına Səbinə Zəkizadə belə cavab verdi: "Hə, dünən artıq sağollaşdım, vidalaşdım..." ---------- 14:49 Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin bu gün vəfat etməsi ilə bağlı mətbuatda yer alan xəbərlər doğru deyil. Bunu Trend-ə Tədris-Terapevtik Klinikasından bildiriblər. Klinikadan verilən məlumata görə, o, sağdır, hazırda vəziyyəti ağır: "Xəstə reanimasiya şöbəsindədir, koma vəziyyətindədr". ----------- 14:14 Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ilə bağlı pis xəbər gəldi. Rejissorun xanımı Səbinə Zəkizadə Axşam.az-a açıqlamasında bildirib ki, Şahini aparatlardan ayırıblar: "Beyni sönüb, artıq aparatdan ayırıblar. Şahin can verir (ağlayır). Xəstəxanada idim, o halına baxa bilmədim. Evə gəldim, indilərdə yəqin ki, gətirəcəklər. Onun öldüyünü deməyə dilim gəlmir". aia.az Geri dön |