Ana Sayfa > Özəl > ABŞ -da Vibrio vulnificus bakteriyasına yoluxma halları daha tez-tez baş verir
ABŞ -da Vibrio vulnificus bakteriyasına yoluxma halları daha tez-tez baş verirDünən, 21:41. Yazar: sevinc1 |
![]() “Tribun” xəbər verir ki, ABŞ-ın sahilyanı ərazilərində “ət yeyən” kimi tanınan Vibrio vulnificus bakteriyasına yoluxma halları artıb. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, infeksiya artıq Florida və Luiziana da daxil olmaqla 11 ştata yayılıb. Bəziləri ölümlə nəticələnən onlarla hadisə qeydə alınıb. Hər beşinci yoluxma halı 48 saat ərzində ölümlə nəticələnir. Bakteriyalar isti duzlu suda yaşayır. Bədənə zəif bişmiş dəniz məhsulları və hətta kiçik açıq yara vasitəsilə daxil ola bilər. İnfeksiyanın ilk əlamətləri ishal, qusma və dəridə qabarcıqlardır. Bundan əvvəl ABŞ-dan olan təqaüdçünün Meksika körfəzində balıq tutarkən ət yeyən bakteriyaya yoluxaraq ayağını itirdiyi bildirilirdi. Həmin şəxs Missisipi ştatının Bay Sent-Luis şəhərində balıq tutmağa gedib və balıq tutarkən ayağından xəsarət alıb. Bundan sonra təqaüdçü sürətlə nekrotizan fasiit - Vibrio vulnificus bakteriyasının səbəb olduğu toxuma ölümü inkişaf etdirməyə başladı. Üzü cəmi 12 saatdan sonra qara rəngə çevrildi və amerikalı xəstəxanaya çatdırıldı. aia.az Tərcümə şöbəsi Geri dön |