Ana Sayfa > Siyasət > Əli Əsədov Vanq Lijun ilə görüşdü

Əli Əsədov Vanq Lijun ilə görüşdü


Bu gün, 17:26. Yazar: sevinc1
Əli Əsədov Vanq Lijun ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 22-də Çin Yol və Körpü Korporasiyasının prezidenti Vanq Lijun ilə görüşüb.

Bu barədə aia.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturu sahəsində görülən işlər, xüsusilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sıxlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət açılıb.

Çin Yol və Körpü Korporasiyası ilə mümkün əməkdaşlıq məsələlərinə toxunulub.

aia.az
Geri dön