Ana Sayfa > Ölkə > Polis Şəkidə çətənə kolları və 8 kiloqram marixuana aşkarladı
Polis Şəkidə çətənə kolları və 8 kiloqram marixuana aşkarladıBu gün, 09:16. Yazar: sevinc1 |
![]() Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyasına qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a bildirilib ki, tədbirlərlə Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb. Onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Məhkəmənin qərarı ilə P.Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |