Ana Sayfa > Gündəm / Karusel > Novruz bayramında əfv olacaq
Novruz bayramında əfv olacaq16-02-2017, 18:10. Yazar: admin |
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. AİA.az xəbər verir ki, bu barədə Trend-ə Komissiyanın üzvü Rəşad Məcid deyib. R.Məcid bildirib ki, görüş çox məhsuldar keçib: "Təxminən 800-dən artıq müraciət var. Bu gün təxminən 150-dən artıq müraciətə baxıldı və təqribən yarısına müsbət rəy verildi. Növbəti görüşdə də digər müraciətlərə baxılacaq”. Komissiya üzvü hesab edir ki, Novruz bayramına yaxın əfv sərəncamı ola bilər: "Əgər Komissyanın görüşü başlayıbsa, güman ki, Novruz bayramına yaxın əfv olacaq”. AİA.az Geri dön |