Ana Sayfa > Özəl > Fransanın Var əyalətində 130 hektardan çox meşə sahəsi yanıb
Fransanın Var əyalətində 130 hektardan çox meşə sahəsi yanıbBu gün, 17:29. Yazar: sevinc1 |
![]() Fransanın cənub-şərqində Var departamentində baş verən yanğın nəticəsində 130 hektardan çox meşə sahəsi məhv olub. Var Qubernatorluğu ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında dünən günortadan sonra başlayan yanğının söndürüldüyünü açıqlayıb. İspaniya və Portuqaliya avqustun əvvəlindən meşə yanğınları ilə mübarizə aparır. Açıqlamada yanğının söndürülməsinə 340 yanğınsöndürən cəlb edildiyi, 7 təyyarə və 5 helikopterin havadan dəstək verdiyi vurğulanıb. Təxminən 180 futbol meydançasına bərabər olan 130 hektardan çox meşə sahəsini alov bürüyüb. Yayın əvvəlindən Fransanın müxtəlif cənub əyalətlərində çoxsaylı yanğınlar baş verib. Ayın əvvəlində Aude əyalətində baş verən yanğın təxminən 17 min hektar əraziyə ziyan vurub və "yayın ən böyük yanğını" kimi qeydə alınıb. aia.az Tərcümə şöbəsi Geri dön |