Ana Sayfa > Özəl > Aİ ABŞ-la danışıqların nəticələrinə dair sammit keçirəcək
Aİ ABŞ-la danışıqların nəticələrinə dair sammit keçirəcəkDünən, 21:12. Yazar: sevinc1 |
![]() Avropa İttifaqına (Aİ) üzv dövlətlər ABŞ-la Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlardan sonra onlayn sammit keçirəcək. Bu barədə X sosial şəbəkəsindəki səhifəsində Avropa Şurasının rəhbəri Antonio Kosta məlumat verib. “Mən Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırmışam”, - deyə rəsmi bildirib. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl Avropa ölkələrinin rəhbərləri ilə görüşdüyü bildirilirdi. aia.az Tərcümə şöbəsi Geri dön |