Ana Sayfa > Özəl > Şifa Xəstəxanası Müdiri: "Qəzzada blokada və hücumlar xəstəxanaları və xalq sağlamlığını təhdid edir"

Şifa Xəstəxanası Müdiri: "Qəzzada blokada və hücumlar xəstəxanaları və xalq sağlamlığını təhdid edir"


Bu gün, 09:13. Yazar: sevinc1
Şifa Xəstəxanası Müdiri: "Qəzzada blokada və hücumlar xəstəxanaları və xalq sağlamlığını təhdid edir"

Qəzzadakı Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyye İsrailin hücumları altında olan Qəzzada sağlamlıq böhranı və humanitar yardım və yanacağın ölkəyə girişinə mane olan sıx blokada barədə xəbərdarlıq edib. Yerli mediaya açıqlama verən Əbu Silmiyyə, həddindən artıq isti dalğası səbəbiylə dermatoloji xəstəliklərin ciddi şəkildə yayıldığını ifadə edərək, "Qəzzada dəri xəstəlikləri ciddi şəkildə artmaqdadır. İsti hava və rütubətin təsiri xüsusilə uşaqlar və yaşlılar üçün böyük risk yaradır" dedi.
Əbu Silmiyyə, İsrailin blokadası səbəbiylə içməli suya çıxışın az qala qeyri-mümkün hala gəldiyini vurğulayaraq, "Qəzzadakı blokada və hücumlar xəstəxanaları və xalq sağlamlığını təhdid edir. İsti hava ilə su qıtlığının birləşməsi xalq sağlamlığını birbaşa risk altına alır. Bütün yaş qrupları bu böhrandan təsirlənir" dedi.

Əbu Silmiyyə xəstəxanalara çatdırılan yanacaq çatışmazlığı səbəbindən tibbi avadanlıqların işlək vəziyyətdə olmadığını, xəstələrin və yaralıların həyatını birbaşa təhlükə altına atdığını bildirib. O əlavə edib ki, tibb işçiləri ağır şəraitdə işləyirlər.

Əbu Silmiyyə, İsrail ordusunun köçkünlərin məskunlaşdığı məktəbləri, xəstəxanaları və çadırları hədəf almağa davam etdiyini hamıya xatırladaraq, "Xəstəxanalar ağır vəziyyətdədir və həyati xilasedici avadanlıqların işlədilməməsi fəlakətə səbəb olur" dedi. Əbu Silmiyyə Qəzzada humanitar fəlakətin hər gün artdığını vurğulayıb.

Əbu Silmiyyə beynəlxalq ictimaiyyətə və humanitar təşkilatlara müraciət edərək, Qəzza xalqının əsas sağlamlıq və həyat hüququnun təmin edilməsini, su, yanacaq və dərman vasitələrinə çıxışın təcili olaraq təmin edilməsini tələb edib.

2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 61 776 fələstinli ölüb, 154 906 nəfər yaralanıb

aia.az
Tərcümə şöbəsi
Geri dön