Ana Sayfa > Özəl > Bir qrup avstraliyalı yazıçı kitab festivalını boykot edib

Bir qrup avstraliyalı yazıçı kitab festivalını boykot edib


Bu gün, 08:29. Yazar: sevinc1
Bir qrup avstraliyalı yazıçı  kitab festivalını boykot edib

Bir qrup avstraliyalı yazıçı, naşir, jurnalist, şair və aktivist İsrailin fələstinlilərə qarşı soyqırımını tənqid etməmələri istənildiyini bildirərək, Bengido Yazıçılar Festivalına qatılmamaq qərarına gəliblər.
“The Sydney Morning Herald”ın yazdığına görə, hər il avstraliyalı oxucuları yazıçılar, naşirlər, şairlər, jurnalistlər və fəallarla bir araya gətirən “Bengido Yazıçılar Festivalı” bu il bəzi mübahisələrə səhnə olub.


Təşkilatçılar iştirakçılardan İsrail hökumətinin tənqidini “antisemitizm” hesab edən La Trobe Universitetinin müəyyən etdiyi prinsiplərə riayət etməyi xahiş ediblər.

Buna cavab olaraq bir qrup yazıçı, naşir, jurnalist, şair və fəal festivaldan imtina etmək qərarına gəlib və onu boykot ediblər.

Sözügedən yazıçılardan biri ifadə azadlığının birbaşa məhdudlaşdırıldığını və fələstinlilərin məruz qaldığı soyqırımı öz dinləyicilərinə çatdırmaqda məsuliyyət hiss etdiyini bildirib.

Müəllif vurğuladı ki, İsrailin 10 avqustda Əl-Cəzirə müxbirlərinin ölümünə səbəb olan hücumundan sonra ondan özünə senzura tələb olunması xüsusilə utancvericidir.

aia.az
Tərcümə şöbəsi
Geri dön