Ana Sayfa > Təhsil > MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə aid mövzular açıqlandı

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə aid mövzular açıqlandı


Bu gün, 18:00. Yazar: sevinc1
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə aid mövzular açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.

Bu barədə aia.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

aia.az
Geri dön