Ana Sayfa > Dünya > Putinin köməkçisi görüşün planlarını açıqladı

Putinin köməkçisi görüşün planlarını açıqladı


Bu gün, 14:26. Yazar: sevinc1
Putinin köməkçisi görüşün planlarını açıqladı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüş proqramı artıq razılaşdırılıb.

aia.az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.

"Görüş, Alyaskada, Ankoricdə baş tutacaq və xüsusilə Elmendorf-Richardson müştərək hərbi bazasının binalarından biri istifadə ediləcək", - o, qeyd edib.

Uşakovun sözlərinə görə, dövlət başçıları əvvəlcə təkbətək danışıq aparacaqlar. Sonra iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin də iştirak edəcəyi işçi səhər yeməyi formatında danışıqlar baş tutacaq.

aia.az
Geri dön