Ana Sayfa > Ölkə > Narkotik satışı ilə məşğul olan qardaşlar tutuldu
Narkotik satışı ilə məşğul olan qardaşlar tutulduBu gün, 12:28. Yazar: sevinc1 |
![]() Paytaxtda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb. Bu barədə aia.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb. Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir. aia.az Geri dön |