Ana Sayfa > İdman > "Araz-Naxçıvan" "Omoniya" səfərində
"Araz-Naxçıvan" "Omoniya" səfərindəBu gün, 09:25. Yazar: sevinc1 |
![]() Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq. aia.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Araz-Naxçıvan" da mərhələnin cavab matçına çıxacaq. Elmar Baxşıyevin komandası Kiprdə "Omoniya"nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan "Araz-Naxçıvan"ı səfərdə də çətin oyun gözləyir. Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində Avroliqanın PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək. 14 avqust UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunları 21:00.“Omoniya” (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan) İlk oyun - 4:0 Baş hakim: Yakob Kehlet (Danimarka) Nikosiya. GSP stadionu aia.az Geri dön |