Ana Sayfa > Manşet / Gündəm > Ərdoğan Bəxtiyar Ersayı ordu komandanı

Ərdoğan Bəxtiyar Ersayı ordu komandanı


Bu gün, 09:14. Yazar: sevinc1
Ərdoğan Bəxtiyar Ersayı ordu komandanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrində (TSQ) genişmiqyaslı kadr dəyişiklikləri aparıb.

aia.az "Resmi Gazete"yə istinadən xəbər verir ki, Ərdoğanın sərəncamı ilə TSQ Quru Qoşunlarında 119, Dəniz Qoşunlarında 35, Hərbi Hava Qüvvələrində isə 31 general və admiralın vəzifəsi dəyişdirilib.

Qərara əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib.

Xatırladaq ki, bundan əvvəl Bəxtiyar Ersaya Ordu generalı hərbi rütbəsi verilmişdi.
Geri dön