Ana Sayfa > İdman > PSJ tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub
PSJ tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olubBu gün, 08:58. Yazar: sevinc1 |
![]() Fransa təmsilçisi PSJ İngiltərənin "Tottenhem" klubuna qalib gələrək tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub. aia.az-ın məlumatına görə, İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 39-cu dəqiqədə Mikki van de Ven hesabı açaraq londonluları önə çıxarıb. Kristian Romero 48-ci dəqiqədə "Mahmızlar"ın üstünlüyünü iki topa çatdırıb. Bununla belə, Paris kollektivi qarşılaşmada dönüş yaratmağa müvəffəq ola bilib. 85-ci dəqiqədə Li Kan İn, 90+4-cü dəqiqədə isə Qonsalu Ramuş fərqlənməklə qarşılaşmanı penaltilər seriyasına daşıyıblar. Burada daha dəqiq oynayan (4:3) Luis Enrikenin rəhbərlik etdiyi komanda Superkuboka sahib çıxıb. Qeyd edək ki, PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, "Tottenhem" isə Avropa Liqasının qalibi olub. Ötən il UEFA Superkubokunu İtaliyanın "Atalanta" komandasını 2:0 hesabı ilə məğlub edən "Real" (İspaniya, Madrid) qazanıb. "Kral klubu" UEFA Superkubokunda ən çox qələbə qazanan komandadır. Madridlilərin muzeyində 6 belə kubok var. aia.az Geri dön |