Ana Sayfa > İdman > “Qarabağ” ÇL-də Liqa mərhələsinə çıxsa, 23 milyon avro əldə edəcək
“Qarabağ” ÇL-də Liqa mərhələsinə çıxsa, 23 milyon avro əldə edəcəkDünən, 16:12. Yazar: sevinc1 |
![]() "Qarabağ"ın UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə əldə edəcəyi gəlir bəlli olub. aia.az xəbər verir ki, Ağdam təmsilçisi pley-offda Macarıstanın “Ferensvaroş” klubunu mübarizədən kənarlaşdırsa, Liqa mərhələsində çıxış edəcək və buna görə 18,6 milyon avro qazanacaq. Azərbaycan çempionu pley-off mərhələsinə adladığı üçün artıq 4,3 milyon avronu təmin edib. Bu isə o deməkdir ki, Liqa mərhələsinə vəsiqə “Qarabağ”a ümumilikdə 22,9 milyon avro qazandıracaq. Qeyd edək ki, “Qarabağ” "Ferensvaroş"la ilk görüşünü avqustun 19-da səfərdə, cavab matçını isə 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. aia.az Geri dön |