Ana Sayfa > Özəl > Zelenski Putin və Trampla görüşü açıqlayıb

Zelenski Putin və Trampla görüşü açıqlayıb


Dünən, 19:24. Yazar: sevinc1
Zelenski Putin və Trampla görüşü açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampla görüşəcəyini açıqlayıb, lakin görüşün nə vaxt baş tutacağını bilmədiyini bildirib. Onun çıxışından bir fraqment “Teleqraf.ua” nəşri tərəfindən Telegram-da dərc olunub.
“Əlbəttə, bizim liderlər səviyyəsində üçtərəfli görüşümüz olacaq, lakin [onun keçirilmə tarixini] bilmirəm”, - Ukrayna lideri bildirib.
O, münaqişəyə yalnız üçtərəfli görüş nəticəsində son qoyula biləcəyinə əminliyini ifadə edib.

Zelenski Trampla Putinin Alyaskadakı görüşü ilə bağlı gözlənilməz açıqlama verib

Bundan əvvəl Zelenski bildirib ki, indi sülhə nail olmaq üçün real şans var. Eyni zamanda, onun sözlərinə görə, Kiyev Ukrayna və Avropa ölkələrinin iştirakı olmadan qəbul edilə biləcək istənilən qərarda “təhlükə görür”.

aia.az
Tərcümə şöbəsi
Geri dön