Ana Sayfa > Özəl > Qazi və şəhid ailələrinə dövlət dəstəyi hər zaman var

Qazi və şəhid ailələrinə dövlət dəstəyi hər zaman var


Dünən, 18:10. Yazar: azer
Qazi və şəhid ailələrinə dövlət dəstəyi hər zaman var

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) keçirilən mətbuat konfransında mənim tərəfimdən qaldırılan Qazi və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sual olduqca aktual və mühüm mövzuya toxundu. Mən, konkret olaraq, həmkarlar ittifaqlarının bu kateqoriyadan olan ailələr üçün hansı əlavə sosial dəstək proqramlarını həyata keçirə biləcəyini soruşdum.

Cavab olaraq AHİK rəhbərliyi bildirdi ki, həmkarlar ittifaqlarının üzvü olan Qazi və şəhid ailələri üçün tam pulsuz yollayışlar təqdim olunur. Bu yollayışlar əsasən istirahət, sağlamlıq bərpası və müalicə-profilaktika məqsədləri ilə verilir. Onlar istirahət mərkəzləri, sanatoriyalar və müalicə müəssisələrinə yönləndirilir. Bu, həmin ailələrin həm psixoloji, həm də fiziki sağlamlığının möhkəmləndirilməsinə mühüm töhfə verir.

Bundan əlavə, AHİK-in müxtəlif həmkarlar ittifaqları vasitəsilə həyata keçirdiyi digər sosial təşəbbüslər də mövcuddur:

Maddi yardım proqramları – ehtiyacı olan Qazi və şəhid ailələrinə birdəfəlik və ya dövri maliyyə dəstəyi göstərilir.

Təhsil dəstəyi – şəhid övladlarının təhsil xərclərinin qarşılanması və ya təqaüd proqramlarına cəlb edilməsi.

Məşğulluq imkanlarının yaradılması – işsiz olan Qazi və şəhid ailə üzvlərinin işlə təminatı üçün xüsusi kvotalar və əmək bazarına inteqrasiya proqramları.

Mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həmkarlar ittifaqlarının, aidiyyəti dövlət qurumları ilə birgə layihələri.

Bayram Xudayarov
Aia.az
Geri dön